GE
AktualMed.ge

Çobanyastığı çayının faydaları və yan təsiri?

Digər - 31 okt 2024
Çobanyastığı çayının faydaları və yan təsiri?

Çobanyastığı çayı təbii dadından əlavə orqanizmə müxtəlif faydalar verən məşhur içkidir. Çobanyastığı çiçəklərinin yığılıb qurudulması ilə əldə edilən bu çay, tərkibində kofein olmadığı üçün yaşıl və ya qara çaya alternativ olaraq istehlak edilir. Çobanyastığı çayının faydaları onun tərkibində müxtəlif növ antioksidantların olmasından irəli gəlir. Bu antioksidanların bəziləri ürək xəstəlikləri və xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər. Çobanyastığı çayı həmçinin mədə-bağırsaq traktına və yuxuya kömək edə biləcək xüsusiyyətlərə malikdir. Bu yazıda çobanyastığı çayının 5 potensial sağlamlıq faydası elmi məlumatlar işığında sizin üçün tərtib edilmişdir.

Çobanyastığı çayının yan təsirləri

Çobanyastığı çayı içmək əksər insanlar üçün heç bir risk yaratmır, lakin çobanyastığı və xrizantema kimi çobanyastığı ailəsindəki bitkilərə qarşı allergiyası olan şəxslərdə də çobanyastığı allergiyası yarana bilər. Bundan əlavə, tərkibində çobanyastığı olan kosmetik məhsullar gözlərlə birbaşa təmasda olduqda qıcıqlanmaya səbəb ola bilər. Üstəlik, bu qıcıqlanma konjonktivitə səbəb ola bilər.

Kiçik uşaqlarda, hamilə və ya süd verən qadınlarda, qaraciyər və ya böyrək xəstəliyi olan insanlarda çobanyastığı çayının içilməsinin təhlükəsizliyi təsdiq edilməmişdir. Odur ki, sizdə və ya yaxınlarınızda bu xüsusiyyətlər varsa, çobanyastığı çayı içməzdən əvvəl həkimə müraciət etməlisiniz. İndiyə qədər çobanyastığı çayı içməyin həyati təhlükəsi olan yan təsirləri və ya toksikliyi barədə məlumat verilməyib.

Aysun Suleymanova