narkomanya aktual problemlərdən biridir digər tərəfdən isə sağalması çətin bir xəstəlikdir. Narkotik maddələr, orqanizmə daxil olduqdan sonra psixoloji, ümumi və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Bu maddələr təbii və ya sintetik ola bilər.
Narkotik maddə asılılığı, saxta xoşbəxtlik hissi verir müəyən istifadə müddətində ortaya çıxan, fiziki, psixi və sosial problemlərə baxmayaraq, maddə istifadəsinin davam etdirirlər Maddə istifadəsi adətən maraq və sınaqdan başlayır.
Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir. Zamanla bütün orqanlara qalıcı ziyan vurur. Zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir. Maddə asılılığı insanın bütün sahələrdə qabiliyyətini azaldır. Buna baxmayaraq, insan asılılıq səbəbiylə maddə qəbul etməyə davam edir. Onu istifadə edən hər kəs eyni asılılıq riskini daşıyır. Xüsusilə 15 ilə 25 yaş arasında olan gənclər, narkomaniya riski altındadır. Ancaq təəssüf ki, maddə istifadəsinin başlanğıc yaşı 15 yaşdan aşağıdır.
narkotikin fəsadları
● Epileptik tutmalar yaradır.
● Həzm sistemi və qaraciyər xəstəliklərinə səbəb olur.
● Hiss orqanlarını zəiflədərək dad, qoxu, görmə, eşitmə və hiss itkisinə səbəb olur.
Aysun Suleymanova