Qan azlığı (Anemiya) nədir?
Qan azlığı (Anemiya) hüceyrələrə oksigen daşıyan sağlam qırmızı qan hüceyrələrinin olmadığı bir vəziyyətə deyilir. Əslində oksigeni özünə birləşdirən və hüceyrələrə daşıyan qırmızı qanın əsasını təşkil edən hemoqlobindir. Qanazlığı xəstəliyi qanın qırmızı qan hüceyrələri adlanan eritrositlərin və bədən hüceyrələrini oksigenlə təmin edən hemoqlobin zülalının miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir. Anemiya qan dövranında olan qırmızı qan hüceyrələrinin sayında azalma olduqda meydana gəlir. Ümumiyyətlə bədənin sağlam qırmızı qan hüceyrələri istehsal etmə qabiliyyəti digər xəstəliklərdən qaynaqlandıqda və ya anormal şəkildə artan qırmızı qan hüceyrələrinin məhv edilməsi və ya itkisi olduqda baş verir. Dünya əhalisinin təxminən 24.8% -i Anemiyadan əziyyət çəkir.Məktəbəqədər uşaqlarda anemiyaya daha cox rast gəlinir.
Anemiyanı yaradan səbəblər nələrdir?
Bədənin yaşaması üçün qırmızı qan hüceyrələrinə ehtiyacı var. Qırmızı qan hüceyrələrində dəmir molekullarını ehtiva edən kompleks bir protein olan hemoglobin var. Hemoglobin molekulları oksigeni ağ ciyərdən bədənin qalan hissəsinə daşıyır. Anemiya qanda kifayət qədər qırmızı qan hüceyrəsi olmadıqda meydana gəlir. Anemiyanın bir çox növü var və anemiya xəstəliyini yaradan səbəblər müxtəlifdir.
Qan azlığının təbii yolla müalicəsi
Qan azlığının təbii yolla müalicəsi zamanı dəmirin orqanizm tərəfindən tam sorulması üçün təbii vitamin C və vitamin B 9 (fol turşusu) ilə zəngin bitkilərin qəbulu əsas götürülmüşdür.
Belə ki, qan azlığı üçün dərmanlar insanlar tərəfindən özbaşına və uzunmüddətli qəbul olunduqda onlar orqanizm tərəfindən tam mənimsənilə bilmir. Bəzən qan azlığı üçün dərman ilə yanaşı təyin olunan C vitamininin aşırı miqdarı böyrəklərdə oksalat daşlarının toplanmasına qədər gətirib çıxarır.
Qan azlığının təbii yolla müalicəsi zamanı isə təbii C vitamini orqanizm tərfindən tam mənimsənildiyi üçün dəmirin də mədə və bağırsaqlar tərəfindən rahat və tam həzm olunmasına şərait yaradır. Qan azlığının təbii müalicəsi zamanı qida rasionunda itburnu, böyürtkən, qara qarağat, çuğundur, sütül qoz, qara gavalı, qara kişmiş, qarabaşaq kimi təbii vitamin və dəmir deposu hesab edilən bitkilərin qəbuluna üstünlük verilməlidir.
Aysun Suleymanova