GE
AktualMed.ge

Qazlı içkilərin zərərləri

Digər - 15 noy 2024
Qazlı içkilərin zərərləri

Həyatımızın bir parçası halına gələn qazlı içkilər tərkibində olan asılılıq yaradan maddələr sayəsində sağlamlığa böyük zərər verir. Uşaqlar üçün qazlı içkilər xüsusilə təhlükəlidir. Bu içkilər onların inkişafına mənfi təsir edir və sonrakı yaşlarda xəstəliklərə səbəb olur.
Bu gün qazlı içkilərin istehlakı xeyli artmışdır və demək olar ki, su əvəzinə qəbul edilir. İnsan bədəninin suya ehtiyacı olduğunu ifadə edən mütəxəssislər maye ehtiyacını ödəmək üçün qazlı və ya kofeinli içkilər deyil, suyun qəbul edilməli olduğunu söyləyirlər.
Qazlı içkilərin tərkibində həddindən artıq şəkər oduğu üçün sağlamlığa zərərlidir, heç bir şəkildə qidalandırıcı və faydalı deyil. Üstəlik ürək xəstəlikləri, diş kariesi, piylənmə və osteoporoz kimi əhəmiyyətli xəstəliklərə səbəb olur.


Market rəflərində səliqə ilə düzülmüş qazlı içkilər tərkibindəki maddələrə görə asılılıq yaradır. Bu içkilər fosfor turşusu səbəbi ilə bədənin kalsiumdan istifadəsinə icazə verməməklə bir sıra xəstəliklərə səbəb olur. Bunlara osteoporoz və diş xəstəlikləri daxildir. Qazlı içkilər sümüklərin möhkəmlənməsinə mane olur, deformasiyalar yaradır. Yüksək şəkər tərkibli qazlı içkilər də insulin səviyyəsinin yüksəlməsi, ürək xəstəlikləri, şəkərli diabet, erkən yaşlanma, yüksək xolesterol və yüksək təzyiq kimi xəstəliklərə səbəb olur. Qazlı pəhriz içkilərində dadlandırıcı olaraq tapılan aspartam adlı maddə eyni zamanda emosional pozğunluqlar, doğuş qüsurları və epilepsiya kimi xəstəliklərə də səbəb olur. Qazlı içkilərdəki başqa bir tərkib hissəsi olan kofein yuxusuzluq, əsəbilik və nizamsız ürək döyüntüsü yaradır.

Qazlı içkilərin zərərləri nələrdir?

 

1. Bronxial astma. Bu içkilərdəki natrium-benzoat maddəsi hazır qida sənayesində qoruyucu, antimikrob agent kimi istifadə olunan kimyəvi bir duzdur və məhsulun ömrünü uzadır. Bu maddə kaliumun mövcudluğunu azaldır. Araşdırmalara görə, bədənin natrium-benzoata reaksiyaları ekzema, astma və səpgiyə səbəb ola bilər.
2. Diş xəstəlikləri. Qazlı içkilərdəki turşu və şəkər diş minasına zərər verir. Yaranan karies sinirlərə, dişin kökünə çatdıqda pulpa toxumasının ölümünə səbəb ola bilər. Bu vəziyyət dərhal müalicə edilməzsə, diş və diş əti absesinə səbəb olur.
3. Ürək xəstəlikləri. Qazlı içkilər çoxlu sağlamlıq problemlərinə və son zamanlarda ciddi araşdırmalara səbəb olan yüksək dozada fruktoza ilə zəngindir. Bu maddə, eyni zamanda ürək xəstəliyi və şəkərli diabetə səbəb olan metabolik xəstəliklər riskini də artırır.
4. Böyrək xəstəlikləri. Qazlı içkilər uzun müddətdə böyrək daşlarına və digər böyrək xəstəliklərinə səbəb ola biləcək yüksək miqdarda fosfor turşusu ehtiva edir.

5. Reproduktiv xəstəliklər. Qazlı içkilərin qutuları çox miqdarda BPA ilə zəngin bir növ qatranla örtülmüşdür. Bu maddə, eyni zamanda plastik və qidalanma şüşələrində çox olan və endokrin vəzlərə zərər verən, xərçəngə səbəb olan kimyəvi maddədir. O, erkən yetkinliyə və reproduktiv sistem xəstəliklərinə səbəb olur.

6. Həddindən artıq şəkər yüklənməsi. Qandakı şəkərin miqdarı qazlı içki içdikdən 20 dəqiqə sonra yüksəlir və nəticədə insulin səviyyəsi qalxır. Artan hormon səviyyəsi ilə qaraciyər bədəndəki şəkəri tez bir zamanda yağa çevirir. 40 dəqiqədən sonra kofeinin həzmi tamamlanır, qan təzyiqi yüksəlir və buna görə qaraciyər qan dövranına daha çox şəkər verir. Beyindəki adenozin reseptorları tıxanır və bədəndəki yuxululuq vəziyyəti yox olur. Qazlı içki içdikdən 45 dəqiqə sonra orqanizm dopamin istehsalını artırır. Bu kimyəvi maddənin artması beyində zövq hissi yaradan sinir şəbəkəsini stimullaşdırır.

Aysun Suleymanova