Aktualmed.ge xəbər verir ki, allergik kontakt dermatiti insanlarda tez-tez iş fəaliyyəti zamanı təmasda olduqları maddələrdən qaynaqlanır. Belə maddələrə misal olaraq lateks, sintetik parça, yun, boya və zərgərlik əşyaları göstərilə bilər. Bundan əlavə, bu vəziyyət kosmetik vasitələrlə də əlaqəli ola bilər. Məsələn, kosmetik və fərdi qulluq məhsulları da allergik reaksiyaların yaranmasına səbəb ola bilər.
Simptomlar adətən allergenlə təmasdan sonra qızartı, şişkinlik, papulalar və mikrovezikullar şəklində özünü büruzə verir. Bu qabarcıqlar maye ilə dolu ola bilər və zaman keçdikcə infeksiyaya da yol aça bilərlər. Əgər allergenlə təkrar təmas baş verərsə, bu vəziyyət daha da ağırlaşaraq ekzema çevrilə bilər.
Bundan başqa, fotodermatit də xüsusi allergik proses olaraq qeyd olunur. Bu halda, günəşin ultrabənövşəyi şüaları reaksiyanın əsas mənbəyi olur. Allergenlər kimi isə bəzi dərmanlar (məsələn, sulfanilamidlər, grizeofulvin, ihthiyol, antihistaminlər və kortikosteroidlər), kosmetik məhsullar və hətta bəzi efir yağları çıxış edir. Fotodermatit əsasən açıq havada vaxt keçirən insanlarda və ya günəşə məruz qalan insanlarda tez-tez müşahidə olunur.
Diaqnoz üçün həkimlər adətən allergik testlər aparırlar, bu da xəstənin hansı maddələrə qarşı allergiyası olduğunu müəyyən etməyə kömək edir. Bu xəstəliklərdən qorunmaq üçün allergenlərdən uzaq olmaq, qoruyucu geyimlər geyinmək və günəşdən qorunma vasitələrindən istifadə etmək məsləhətdir.
Aytəkin Allahverdiyeva