GE
AktualMed.ge

Xərçəng xəstəliyinin əlamətləri nələrdir? Xərçəngdən qoruyan 10 qida

Xəstəliklər - 21 okt 2024
Xərçəng xəstəliyinin əlamətləri nələrdir? Xərçəngdən qoruyan 10 qida

Xərçəng nədir?

Sağlam hüceyrələr bölünərək, ölü hüceyrələri əvəz etmə və toxuma zədələnməsini bərpa etmə qabiliyyəti ilə yenilənir. Bu bölünmə və çoxalma DNT vasitəsilə idarə olunur və müəyyən bir nizama malikdir. Ancaq DNT-nin müəyyən qədər zədələnməsi nəticəsində bəzi hüceyrələr nizamsız bölünür və çoxalır.

Bu anormal və kontrolsuz formada bölünən və çoxalan hüceyrələrə “xərçəng” hüceyrələri deyilir.

Xərçənglər meydana gəldiyi orqan, bölgə və mikroskopik quruluşa görə təsnif edilir. Xərçəngin 100-ə yaxın növü olmasına baxmayaraq, bəzi növləri daha çox yayılmışdır.

Xərçəngin səbəbləri nələrdir?

Xərçəngin səbəbləri tam məlum olmasa da, iki qrup risk faktoru var. Bunlardan biri genetik meyl, yəni ailədə xəstəliyin olması, digəri isə ekoloji “asanlaşdırıcı” amillərdir. Ətraf mühit amilləri; Siqaret və spirt istifadəsi, güclü günəş işığına məruz qalma, radiasiyaya və ya yüksək dozada rentgen şüalarına məruz qalma, kanserogen adlanan bəzi kimyəvi maddələrə məruz qalma, bəzi viruslar, pis qidalanma vərdişləri və havanın çirklənməsi kimi amillər.

 xərçəng xəstəliyinin əlamətləri

·         səbəbsiz kilo itkisi

·         Yüksək qızdırma

·         xroniki halsızlıq

·         güclü ağrılar

·         Bəlğəmdə qan və xroniki öskürək

 

Xərçəngdən qoruyan 10 qida

1. lifli yaşıl tərəvəzlər

2. Brokoli

3. Qırmızı Meyvələr

4. Zərdəçal

5. Kətan toxumu

6. Yaşıl çay

7. Sarımsaq

8. Sitrus meyvələri

9. Çərəz

10. Darçın

 

Aysun Suleymanova