GE
AktualMed.ge

Köpün qarşısını alan ideal məhsul haqqında

Xalq Təbabəti - 20 noy 2023
Köpün qarşısını alan ideal məhsul haqqında
Köp bir sıra səbəblərdən baş verə bilər. Onun qarşısını almaq üçün təbii vasitələr var.
 
“Aktualmed.ge” xəbər verir ki, həkim – diyetoloq Vasilisa Ponomarevanın sözlərinə görə, darçın soyuqdəyməyə qarşı xüsusiyyətlərə malikdir. Həmçinin həzmə kömək edərək, şişkinliyi aradan qaldırır.
 
Mədə və qarında köpün üç əlaməti:
 
• Mədəniz dolu və ya adi haldan daha böyük hiss olunur
 
• Qarın ağrısı və ya narahatlığınız var
• Mədəniz böyüyür və ya ordan səslər gəlir
 
Darçın bədəndəki iltihabları azaltmağa kömək edən antidoksidant hesab edilir. Həm də tərkibində iltihab əleyhinə birləşmələr var.
 
Məhz bu səbəbdən kofeyə əlavə edilən darçın köpün qarşısını almaqda böyük təsirə malikdir”.
 
Köpün qarşısını almağın digər yolları:
 
Müntəzəm məşq edin
 
Hava udmamaq üçün ağzınız bağlı çeynəyin
 
Bol su için
 
Qəbizliyiniz varsa, yüksək lifli qidalar qəbul edin
 
Daha tez-tez və kiçik tikələrlə yeyin
 
Udulan havanı çıxarmaq üçün qarnınızı sağdan sola dairəvi masaj edin.
 
Aytəkin Allahverdiyeva