GE
AktualMed.ge

Evdə mədə yanmasından necə qurtulmaq olar? – Asan RESEPT

Faydalı Məlumat - 9 yan 2024
Evdə mədə yanmasından necə qurtulmaq olar? – Asan RESEPT

Mədə yanması ümumi bir şikayətdir. Xüsusilə, yeməkdən sonra mədədə və mədənin yuxarı tərəfində yerləşən qida borusunda yanma şikayətləri tez-tez təkrarlanırsa, deməli, həzm sistemində narahatlıqlar var. Evdə mədə yanması sadə üsullarla müalicə edilə bilər.

Aktualmed.ge bu üsullardan birini təqdim edir:

Kətan toxumu dəmləməsi

Yarım stəkan qaynar suya iki xörək qaşığı kətan toxumu tökün.

2-3 saat dəmləyin, daha sonra süzün.

Mədə yanması əsasən axşam saatlarında əmələ gəlirsə, yatmazdan əvvəl yarım stəkan qızdırılmış dəmləmə için. Bu resept mədə ifrazının artan intensivliyi üçün təsirli olur.

 

Alina Qəribova