GE
AktualMed.ge

Sinir sisdemi nədir?

Sinir Sitemi - 24 okt 2024
Sinir sisdemi nədir?


Sinir sistemi bədənin əmr mərkəzidir. Hərəkətlər, düşüncələr və avtomatik reaksiyalar sinir sistemi vasitəsilə idarə olunur. Bundan əlavə, nəfəs alma və həzm kimi digər həyati fəaliyyətlərə nəzarət də sinir sistemi tərəfindən həyata keçirilir. Sinir sistemi iki hissədən ibarətdir. Bunlar mərkəzi sinir sistemi və periferik sinir sistemidir.
Mərkəzi sinir sistemi nədir?
Mərkəzi sinir sistemi bədənin emal mərkəzidir. Beyin və onurğa beynindən ibarətdir. Mərkəzi sinir sisteminin hissələrindən biri olan beyni bədənin bütün funksiyalarını idarə edən mərkəzi kompüter kimi düşünə bilərsiniz. Beyin düşündüyümüzə, nə hiss etdiyimizə, necə öyrəndiyimizə və xatırladığımıza, necə hərəkət etdiyimizə və danışdığımıza görə məsuliyyət daşıyır. O, həmçinin ürək döyüntüsü və həzm kimi bədəndəki avtomatik funksiyaları idarə edir

 Aysun Suleymanova