GE
AktualMed.ge

İnsulin dirəncinin 5 əlaməti - həkimdən

Xəstəliklər - 13 yan 2024
İnsulin dirəncinin 5 əlaməti - həkimdən
İnsulin dirənci ayrıca xəstəlik deyil, amma xroniki xəstəliklərin başlanğıcıdır.
 
 
"Aktualmed.ge" xəbər verir ki, endokrinoloq Anna Maşkova kimlərdə insulin dirənci olduğunu açıqlayıb.
 
“İnsulinrezisdentlik – toxuma, orqan hüceyrələrinin insulinə yetəri qədər cavab verməməsi, yəni onu hiss etməməsidir. Baxmayaraq ki, qanda onun konsentrasiyası kifayət qədərdir.
 
 
İnsulin dirəncinin əsas faktoru – karbohidrat mübadiləsinin pozulmasıdır. Hazırda təzyiq, diabet xəstəliyinin əsas səbəblərindən biri insulin dirəncidir.
 
58% təzyiq xəstələrində insulin dirənci var.
 
 
Kimlərdə yaranır?
 
- Ailə, nəsil, genetik anamnez – qan qohumlarında diabet və təzyiq varsa
- Hamiləlik diabeti
 
- Çox miqdarda karbohidrat, şəkər, nişasta, fruktoza qəbul edənlərdə
- Zəif fiziki aktivlik, oturaq həyat
 
- 45 yaşdan yuxarı yaş
- Artıq bədən çəkisi
 
İnsulin dirəncinin 6 əlaməti:
 
- Dəridə qara akantoz, papiloma, dirsəklərdə qaralma, geyim yerlərinin dərini sürtməsi, kapilyar hemangiomalar, başda qaşınma, seboreya
 
- Visserial – qarın, bel piylənməsi. Ölçünün 90 sm-i keçməsi
- Ağızda quruluq, susuzluq, tərləmə hissi
 
- Menstruasiya pozulması, polikistoz
 
- Təzyiqin artması – 130-u keçməsi
 
- Damarlarda daralma, xolesterol, triqiliseridlərin artması
 
İnsulin dirəncini endokrinoloq müəyyən edir”.
 
Aytəkin Allahverdiyeva