GE
AktualMed.ge

İlon Mask yeni göz implantını təqdim etdi

Xəbərlər - 21 sen 2024
İlon Mask yeni göz implantını təqdim etdi

İlon Mask yeni bir göz implantını təqdim edib ki, bu da görmə qabiliyyətini bərpa edə bilər.

Aktualmed.ge xəbər verir ki, bu yeni texnologiya Blindsight adlanır və artıq insanlar üzərində sınaqdan keçirilməyə başlanıb.

Bu implant anadangəlmə korluq yaşayan insanlara da görmə bacarığını qaytara bilər.

Blindsight-ın istehsalı ilə milyarder İlon Maskın Neuralink şirkəti məşğuldur.

Yeni implantlar əvvəlcə şimpanzelər üzərində sınanıb, indi isə növbəti mərhələ insanlar üzərində olacaq.

İlk mərhələdə implant sayəsində görmə qabiliyyəti çox yüksək olmayacaq, lakin gələcəkdə texnologiya təkmilləşdirilərək normal gözlərdən də daha iti ola bilər.

Aytəkin Allahverdiyeva