GE
AktualMed.ge

Kəpəkdən qurtulmaq mümkündürmü? - Sadə üsullar

Xəbərlər - 21 sen 2024
Kəpəkdən qurtulmaq mümkündürmü? - Sadə üsullar

Aşağıdakı üsullardan birini və ya bir neçəsini davamlı tətbiq etməklə, kəpək probleminizi azalda və ya tamamilə aradan qaldıra bilərsiniz.

Aktualmed.ge bildirir ki, kəpək problemi bir çox insan üçün narahatlıq yarada bilər, lakin ev şəraitində tətbiq edə biləcəyiniz bəzi təbii vasitələr sayəsində qısa zamanda bu problemdən qurtula bilərsiniz.

1. Aloe vera geli

Aloe vera kəpəyə qarşı sakitləşdirici və nəmləndirici təsirə malikdir.
Saf aloe vera gelini baş dərinizə masaj edərək çəkin. 10-15 dəqiqə gözləyin və isti su ilə yuyun.

2. Çay ağacı yağı

Çay ağacı yağı antifungal və antibakterial xüsusiyyətlərə sahibdir ki, bu da kəpəyin qarşısını almağa kömək edir.
Şampununuza bir neçə damcı çay ağacı yağı əlavə edin və baş dərinizə masaj edin. 5-10 dəqiqə gözlədikdən sonra durulayın.

3. Alma sirkəsi

Alma sirkəsi baş dərisinin pH səviyyəsini balansda saxlayaraq kəpəyin yaranmasının qarşısını alır.
Yarım stəkan alma sirkəsi və yarım stəkan suyu qarışdırın. Qarışığı baş dərinizə masaj edərək tətbiq edin. 15 dəqiqə gözləyin və saçınızı isti su ilə yuyun.

4. Limon suyu

Limonun turşu xüsusiyyəti kəpəyi təmizləməyə və baş dərisindəki yağ balansını tənzimləməyə kömək edir.
Təzə limon suyunu baş dərinizə çəkin, 5-10 dəqiqə saxlayın və sonra yuyun.

5. Qatıq və bal maskası

Qatıq baş dərisini sakitləşdirir, bal isə antibakterial təsiri ilə kəpəyin yaranmasını azaldır.
Bir qaşıq balı yarım kasa qatıqla qarışdırın. Qarışığı baş dərinizə çəkin və 20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun.

 

Aytəkin Allahverdiyeva